“Beşiktaş” “Qarabağ”ın forvardını istəyir

 “Beşiktaş” “Qarabağ”ın forvardını istəyir

"Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb.

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub.

“Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək. 

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.

11:30 - 12 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin