"Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb.
Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub.
“Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.