Dünyaca məşhur erməni şahmatçı Rusiyada “terrorçu” elan edildi

 Dünyaca məşhur erməni şahmatçı Rusiyada “terrorçu” elan edildi

Rusiya dövləti şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparovu terrorçu siyahısına daxil edib.

Demokrat.az
 xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Kasparovun adı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib. 

Atası yəhudi, anası erməni olan Rusiya vətəndaşı Kasparov 1985-2000-ci illər arasında şahmat üzrə dünya çempionu olub. 

2005-ci ildə şahmat karyerasını başa vuran Kasparov Rusiya Prezidenti Vladimir Putinə qarşı siyasi müxalifət hərəkatlarında iştirak edib. 

Bir müddət sonra xaricdə yaşamağa başlayan Kasparov 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb. 

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Prezident Putini tənqid edən Kasparov 20 may 2022-ci ildə Rusiyada "xarici agent" siyahısına əlavə edilib.

14:30 - 8 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin