Məşhur modeli döyən sevgilisi milyonları necə ələ keçirib? - ŞOK FAKTLAR

 Məşhur modeli döyən sevgilisi milyonları necə ələ keçirib? - ŞOK FAKTLAR

"PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Asayis.Az
 xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ziya Hüseynzadənin vəkili İlkin Ələsgərov prosesdə media nümayəndələrinin iştirak etməsinə etiraz edib. 

Həmçin təqsirləndirilən şəxsin özü də prosesin qapalı keçirilməsini istəyib. Deyib ki, işdə dövlət sənədləri ilə bağlı bəzi məsələlər açıqlana bilər, bunun da ictimaiyyət arasında yayılması yolverilməzdir. 

Prosesə sədrlik edən hakim Azad Məcidov deyib ki, tərəflərdən biri mətbuat nümayəndələrinin iştirak etməsinə etiraz etsə, bu məsələ müzakirə edilir. Hakim qeyd edib ki, hazırda bu iclasda təqsirləndirilən şəxs və onun vəkili medianın çəkiliş aparmasına etiraz edir, bu səbəbdən çəkilişin aparılmasına qadağa qoyulur. 
Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib, ittiham aktını elan etmək üçün söz prokuror Fariz Rzayevə söz verilib. 

Prokurorun səsləndirdiyi ittihamdan məlum olur ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək üçün rəsmi sənədləri saxtalaşdırılıb, dələduzluq edib. 

Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub və həmin quruma külli miqdarda ziyan vurub. 
Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək Zaur  Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq həmin qurumun pulunu ələ keçiriblər.

Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz MMC-nin direktoru, vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ən baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. 

Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqadarda ziyan vurub. 

İttihamdan daha sonra göstərilib ki, Ziya Hüseynzadənin "Muğan bank"ən Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb. 

Bu hərəkətləri ilə Ziya Hüseynzadə barəsində  Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Prokurorun çıxışdan sonra prosesə sədrlik edən hakim Azad Məcidov deyib ki, təqsirli bilinən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 ilə qədər, 195.2-ci maddəsi ilə 5 ilə qədər, 308.2-ci maddəsi ilə 7 ilə qədər, 313-cü maddəsi ilə 1 ilə qədər, 320.1-ci maddəsi ilə 1 ilə qədər, 320.2-ci maddəsi ilə 2 ilə qədər cəza gözləyir. Hakim deyib ki, bu əməl məhkəmədə sübuta yetirilsə, həmin şəxsi Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaların toplanması yolu ilə 20 ilə qədər həbs cəzası gözlənilir. 

İttihama münasibət bildirən Ziya Hüseynzadə özünü təqsirli bilməyib. 

Daha sonra iş üzrə zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Həmin mülki iddiadan məlum olur ki, 130 min dolların, həmçin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq  zərərçəkmiş Kənan Rəsulova ödənilməsini tələb olunub. 

Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddia ilə tanış olmaq üçün vaxt istəyiblər. 
Növbəti məhkəmə iclası martın 13-də davam edəcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Hüseynzadə Ziya Hikmət oğlunun qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Ziya Hüseynzadənin 2022-2023-cü illər ərzində digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olub onlara məxsus sahibkarlıq obyektlərinin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə maliyyə, bank hesabatları, gəlir və xərclərə dair çıxarışlar, ödəniş tapşırıqları, müqavilələr və saxtalaşdırmış olduqları digər rəsmi təsdiqedici sənədləri həmin banka təqdim etmələrinə, nəticədə bu şirkətlər tərəfindən külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ziya Hüseynzadənin təkrarən, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsinə, habelə digər şəxsə münasibətdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qrantın ayrılmayacağını bilməsinə baxmayaraq guya bankın vəzifəli şəxsləri ilə qanunsuz sövdələşmə yolu ilə həmin məsələni həll etmək imkanı olmasını yalandan vəd edərək vətəndaşa məxsus külli miqdarda pul məbləğini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Ziya Hüseynzadə model Raziyyat (Razi) Əliyevayanın sevgilisi olub. O, Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunması ilə bağlı ayrı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 

Həmin cinayət işi üzrə ittihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.

Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.

Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. 

O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.

Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. 

O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.
 

16:15 - 7 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin