Azərbaycan diplomatları İrana qayıdır? - Nazirlər razılaşdı

 Azərbaycan diplomatları İrana qayıdır? - Nazirlər razılaşdı

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtması ilə bağlı razılıq əldə olunub.

Asayis.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ciddədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü zamanı Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin yekunları ilə bağlı müzakirə aparılıb.

“Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”, - iranlı nazir deyib.

Qeyd edək ki, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti ötən il yanvarın 27-də baş verən silahlı hücumdan sonra dayandırılıb, nəticədə səfirliyin 1 əməkdaşı həlak olub, daha iki əməkdaşı yaralanıb.

Bu ilin fevralında Azərbaycan səfirliyinə hücum edən terrorçu barəsində ölüm hökmü çıxarılıb.

10:30 - 7 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin