Türkiyədən xaricə qaçmağa çalışan şəxslər saxlanıldı

 Türkiyədən xaricə qaçmağa çalışan şəxslər saxlanıldı

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən şəxslər saxlanılıb.

Asayis.Az 
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda sərhədlərdə terrorla mübarizənin davam etdiyi bildirilib:

"Silahlı qüvvələrimiz ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən 4 nəfəri yaxalayıb. 

Araşdırmalar nəticəsində tutulanlardan 1-nin FETÖ, 1-nin isə İŞİD terrorçusu olduğu müəyyən edilib.

17:45 - 6 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin