Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən şəxslər saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda sərhədlərdə terrorla mübarizənin davam etdiyi bildirilib:
"Silahlı qüvvələrimiz ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən 4 nəfəri yaxalayıb.
Araşdırmalar nəticəsində tutulanlardan 1-nin FETÖ, 1-nin isə İŞİD terrorçusu olduğu müəyyən edilib.