Azərbaycanın iki kino ittifaqı BİRLƏŞDİ

 Azərbaycanın iki kino ittifaqı BİRLƏŞDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, təkcə rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə olub.

13:45 - 6 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin