Eyyub Yaqubov uzun müddətdən sonra bunu etdi - VİDEO

 Eyyub Yaqubov uzun müddətdən sonra bunu etdi - VİDEO
Xalq artisti Eyyub Yaqubov uzun sürən səssizliyini pozaraq yeni layihəsini dinləyicilərinə təqdim edib.

Asayis.Az xəbər verir ki, bəstə "Xatirələr” adlanır.

Mahnı uşaqlıq illərinə, xoş xatirələr ilə dolu keçmiş günlərə olan həsrətdən bəhs edir.

Sözləri Orxan Mürvətliyə, musiqisi isə Vüqar Mirzəyevə məxsus musiqi nömrəsi xalq artistinin yutub kanalında və dijital platformalarda yerləşdirilib.

Diqqət çəkən məqam mahnının yutubda Yaqubovun uşaqlıq fotosu ilə təqdim olunması olub.

16:00 - 5 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin