"Qarabağ”ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər.
Avropa Liqasının 1/16 finalında “Braqa”ya vurduğu qolla “köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni “Başakşehir” kollektivi yaxından izləyir.
Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin “Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və 8 qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.