"Zamiq mənə zəng vurub nə lazım idisə, özümdən soruşa bilərdi. Oturub orada-burada qeybətimi etməyə bilərdi. Ona niyə zəng etməliyəm ki? Zamiqin arxasınca danışmamışam, birbaşa efirdə onun üzünə demişəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Həmin Zaur" verilişində deyib. Sənətçi həmkarı Zamiq Hüseynovla aralarında yaşanan qalmaqaldan danışıb:
"Yaxın dostum özüməm. Burada inanmaq söhbəti yoxdur. Özündən yaxın sənə dost heç kim ola bilməz. Özüm-özümə məsləhət verirəm. Deyirəm ki, Kərim, səndən yoxdur, səni verən Allaha qurban olum. Paşasan və qızılsan. Yalnız bunları özümə söyləyirəm. Nə edirəmsə, düz edirəm. Bu biclik deyil, haqqımı tələb edirəm.
Belə bir misal var: Qabağa gedirsən, deyirlər ki, bicdir. Arxada qalırsan deyirlər ki, gicdir. Giclərdən deyiləm. Siz ağıllı olun, çeyniyərəm sizi. Anam deyirdi ki, ürəyində söz saxlama, kim gəldisə üzünə söylə getsin. Bu zamana qədər kimin xətrinə dəymişəmsə, əcəb eləmişəm. Demək layiqsiniz ki, demişəm. İçimə atıb xəstəlik tapmaqdansa, qoy deyim özləri xəstəlik tapsın".