Natiq Şirinov toy qiymətlərini açıqladı

 Natiq Şirinov toy qiymətlərini açıqladı

Xalq artisti Natiq Şirinov toy qiymətlərini açıqlayıb. 

Asayis.Az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında paylaşım edib.

Sənətçi Xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib.

Qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aş gətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığə təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir.

Sözügedən xidmətə isə gəlin götürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir.

11:00 - 1 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin