"İzah edə bilmərəm ki, hansı əziyyətlə bağ tikdirmişəm"

"Bağ evini yavaş-yavaş tikdirmişəm. Gedib böyük bir məbləğ verib hazır ev almamışam. Ona gücüm olmayıb. Əvvəlcə torpaq aldım. Sonra hissə-hissə evi tikdirdim".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Xəbərin var" proqramında deyib. Sənətçi böyük bağ evi tikdirməsi ilə bağlı suallara cavab verib:

"O ev 2-3 il ərzində başa gəlib. Bunu afişa etmədim, görməmiş kimi demədim, qarğa məndə qoz var. Görməmişlikdir. Bəzi məşhurlarımız kimi birdən-birə demədim baxın, bağ almışam. Sevmirəm bunu, olanı var, olmayanı var. Başa sala bilmərəm bunu necə, hansı əziyyətlərlə etmişəm. Mənə qarşı aqressiya onsuz çoxdur, bunu bir az da artıra bilmərəm". 

15:00 - 29 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin