Xalq şairi Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı övladlXarının boşanma xəbərlərindən sonra paylaşım edib.
Asayis Olay-a istinadla xəbər verir ki, o, oğlu Cəmil Rüstəmxanlının boşandığı deyilən gəlini Günel Rüstəmxanlı, müğənni Elçin Cəfərovdan ayrıldığı iddia edilən qızı Aydan Cəfərova və nəvələri ilə fotolarını paylaşıb.
Paylaşımda qeyd olunub: “Bu qala alınmaz, satılmaz, keçilməz, canlar. Karvan keçir. Övladlarım, canlarım, Allahım sizi pis gözlərdən qorusun”.