Bolqarıstan vətəndaşlığı almaq istəyənlərdən bolqar dilini bilmələri tələb ediləcək.
Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin təqdim etdiyi qanun dəyişikliyi təklifi 240 nəfərlik Məclisdə iştirak edən 154 deputat tərəfindən qəbul edilib.
Yeni tənzimləmədə bolqar dilini bilmək öhdəliyi Bolqarıstan vətəndaşlığını əldə edən şəxslərin övladlarına da şamil ediləcək.
Qeyd edək ki, əvvəllər Bolqarıstan vətəndaşlığı əldə edən insanların övladları da birbaşa vətəndaşlıq alırdılar.