Xəbər verdiyimiz kimi, Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.
K. Zeynallının dediyinə görə, o, “Domodedovo” hava limanında saxlanılıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər. O, Azərbaycanın dövlət qurumlarından kömək istəyib.
Asayis.Az xəbər verir ki, K.Zeynallının həyat yoldaşı Gülay Zeynallı da məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"İnşallah bu da keçər... Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çax xahiş edirəm", - deyə Gülay Zeynallı yazıb.