Mask öz sosial şəbəkəsinin qaydalarını pozmaqda günahlandırıldı

 Mask öz sosial şəbəkəsinin qaydalarını pozmaqda günahlandırıldı

ABŞ-li sahibkar və “X” sosial şəbəkəsinin sahibi İlon Mask öz platformasının qaydalarını pozmaqda ittiham olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Bildirilib ki, Mask öz paylaşımlarından biri üçün istifadəçilərə, onların fikrincə, aldadıcı ola biləcək nəşrlərə kontekst əlavə etməyə imkan verən “İcma qeydləri” funksiyasını söndürüb.

Bu hərəkətin platformada məlumatın manipulyasiyasını qadağan edən “X” qaydasını pozduğu bildirilir.

“Siz yalan məlumatı yaymaq və ya gizlətmək və ya istifadəçinin qarşılıqlı əlaqəsinə mane ola biləcək hərəkətlərdə olmaq üçün “X”dən istifadə edə bilməzsiniz”, - bu qaydanın mətnində deyilir.

11:15 - 20 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin