Tramp 350 milyon cərimələndi

 Tramp 350 milyon cərimələndi

Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti, milyarder Donald Trampı 355 milyon dollar cərimələyib.

Axşam.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Milyarder dələduzluqda ittiham olunub.

Hökm həmçinin onu və iki oğlu, kiçik Donald və Eriki iki il müddətinə Nyu-York şirkətlərində rəhbər vəzifələr tutmağı qadağan edir. 76 yaşlı iş adamına dövlət banklarından kredit almaq üçün müraciət etmək də qadağan olunub. Həmçinin onun hər bir övladından 4 milyon dollar tələb olunur. 

Nyu York Baş Prokurorluğu faizlə birlikdə cəriməni 450 milyon dollar qiymətləndirib.

Tramp və ailəsi yüz milyonlarla dollar dəyərində yaşayış və ofis binalarının, otellərin və qolf meydançalarının qiymətlərini saxtalaşdırmaqda ittiham olunur. Qeyd olunub ki, biznesmenin ailəsi daha sərfəli kreditlər əldə etmək, həmçinin milyarderi "Forbes" siyahısında daha yüksəklərə çıxarmaq üçün əmlakların qiymətini süni şəkildə şişirib.

17:30 - 18 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin