Ebru Gündeş ailə qurur

 Ebru Gündeş ailə qurur

Türkiyəli müğənni Ebru Gündeşin ailə həyatı quracağı iddia olunur.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi iş adamı Murad Özdemirlə eşq yaşamağa başlayıb.

Belə ki, 2022-ci ilin iyulunda Selin Özdemirdən boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı məlum olub.

Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var. Ebru Gündeşin isə 2010-cu ildə evlənib 2021-ci ildə boşandığı Rıza Zərrabdan 1 qızı var.

 

15:00 - 18 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin