Doğrudanmı pul xoşbəxtlik mənbəyi deyil? Elm adamları bu suala araşdırma ilə cavab vermək qərarına gəliblər və dünyanın demək olar ki, 3000 yerli əhalisi arasında sorğu keçiriblər. İştirakçıların 36%-nin ümumiyyətlə gəlirləri olmayıb.
Bu barədə Asayis.az-a xarici mediaya istinadən xəbər verir.
Geri qalan respondentlərin yüksək sərmayəsi olmasa da, həyatlarından yüksək səviyyədə razı olduqlarını bildirdilər.
Nəticələr göstərdi ki, 0-dan 10-a qədər olan şkalada xoşbəxtlik üzrə orta bal 6,8 olub. Müqayisə üçün: xoşbəxtlikdə lider olan Skandinaviya ölkələrində orta qiymət adətən 8-ə yaxındır, yəni fərq azdır.
tədqiqatın aparıcı müəllifi Eric Galbreiz "Təəccüblüdür ki, çox aşağı gəlirli əhali zəngin ölkələrdəki kimi çox yüksək səviyyədə orta həyat məmnuniyyəti haqqında məlumat verir" - deyə bildirib.
Alimlər belə qənaətə gəliblər ki, insanlara xoşbəxt həyat sürmək üçün var-dövlət lazım deyil. Əvvəlki araşdırmalar göstərir ki, ailə və sosial dəstək, yaxşı münasibətlər, mənəviyyat və təbiətlə əlaqə xoşbəxtliyin əsasını təşkil edən mühüm amillərdəndir.