Araşdırma nəticəsində kivi yeməyin yalnız dörd gündə sizi pis əhval-ruhiyyədən çıxara biləcəyini göstərib.
Asayis.az xarici araşdırmalara istinadən xəbər verir ki, kivi yemək bizə C vitamini əlavələrindən daha sürətli və daha uzun müddətli güc verir.
Yeni Zelandiyanın Otaqo Universitetindən bir araşdırma qrupu, C vitamini səviyyəsi aşağı olan 155 yetişkin insanın səkkiz həftə ərzində pəhriz saxlamasını təşkil edib.
İştirakçılar gündə C vitamini əlavəsi və ya iki kivi qəbul ediblər.
Daha sonra sorğu anketləri vasitəsilə onların canlılığı, əhval-ruhiyyəsi, yuxu keyfiyyəti və fiziki aktivliyi ölçülüb.
"British Journal of Nutrition"da dərc olunan nəticələr kivi meyvəsinin dörd gün ərzində canlılığı və əhval-ruhiyyəni yaxşılaşdırdığını göstərib.
Araşdırmaya görə, kivi istehlakının təsiri və buna görə də C vitamini qəbulunun artması 14-16 gün ətrafında pik həddə çatır.