Təxminən 84 il əvvəl batmış "Arlinqton" gəmisi ABŞ-ın Miçiqan ştatının şimalında Superior gölünün dibində tapılıb.
Asayis.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.
Məlumata görə, gəmi gölün dibində təxminən 200 metr dərinlikdə aşkar edilib.
Qeyd olunur ki, gəmi qəzası 1940-cı ilin mayında baş verdi. Pis hava şəraiti və qatı duman səbəbindən gəmi "Kollinqvud" gəmisi ilə toqquşub. Fırtına nəticəsində "Arlinqton"da su yığılmağa başlayıb, lakin kapitan Frederik Börk köməkçisinə istiqaməti dəyişməyə imkan verməyib.
Nəticədə "Arlinqton" batmağa başlayıb.
Ekipaj üzvləri digər gəmiyə keçərək xilas omağı bacarıblar, lakin kapitan gəmi ilə birlikdə batmağı seçib.
Onun niyə bu qərarı verdiyi hələ də sirr olaraq qalır.