Müğənni Xatirə İslam şəxsi həyatı ilə gündəmə gəlib.
Asayis.az xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan ifaçı illərdir evli olduğu həyat yoldaşı Fəxrəddin bəydən danışıb.
Sənətçi 12-13 ildir evli olduğunu, lakin bir dəfə də olsa həyat yoldaşının onun könülünü almadığını bidirib:
"Neçə ildir ailəliyik, hələ bir dəfə belə könlümü almayıb. Ürəyi təmizdir, amma canım desin, nəvaziş olmayıb. Bir-iki dəfə demişəm ki, heç demirsən, 8 Martın, Sevgililər günün mübarək. Cavab verir ki, Sevgililər günü nədir, necə yaranıb? Deyir, Sevgililər günü bizim ailə qurduğumuz gündür".
Xatırladaq ki, Xatirə İslamla Fəxrəddinin Emil adlı bir övladı var.
Ətraflı videoda:
VİDEO