Ərindən danışan Xatirə İslam: "Bir dəfə belə könlümü almayıb" - VİDEO

 Ərindən danışan Xatirə İslam:

Müğənni Xatirə İslam şəxsi həyatı ilə gündəmə gəlib.

Asayis.az  xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan ifaçı illərdir evli olduğu həyat yoldaşı Fəxrəddin bəydən danışıb.

Sənətçi 12-13 ildir evli olduğunu, lakin bir dəfə də olsa həyat yoldaşının onun könülünü almadığını bidirib:

"Neçə ildir ailəliyik, hələ bir dəfə belə könlümü almayıb. Ürəyi təmizdir, amma canım desin, nəvaziş olmayıb. Bir-iki dəfə demişəm ki, heç demirsən, 8 Martın, Sevgililər günün mübarək. Cavab verir ki, Sevgililər günü nədir, necə yaranıb? Deyir, Sevgililər günü bizim ailə qurduğumuz gündür".

Xatırladaq ki, Xatirə İslamla Fəxrəddinin Emil adlı bir övladı var.

Ətraflı videoda:

 

VİDEO

18:00 - 11 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin