Dünyanın bir çox ölkəsində urbanizasiya prosesi baş verir. Yəni insanlar şəhərlərə üz tutur. Beləliklə də, kənd yerlərində, xüsusən ucqar kəndlərdə əhalinin sayı azalır.
Asayis.az xəbər verir ki, Türkiyədə də insanlar kəndlərdən köç edirlər. Burada əhalinin 93 faizi şəhər və rayon mərkəzlərində yaşayır.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, şəhər və rayon mərkəzlərində yaşayan əhalinin ümumi sayı 2022-ci ildəki 93,4 faizdən 2023-cü ildə 93 faizə düşüb.
Keçən ilin sonuna olan məlumata görə, əhalinin ən az yaşadığı ərazilər Bitlisin mərkəz mahalında Kayalıbağ, Siirtin Kurtalan rayonunda Çattəpə və Şırnakın Güçlükonak kəndləridir. Burada hər kənddə cəmi 1 nəfər yaşayır.
Bundan başqa, Kütahyanın Emet mahalının Kəlfalar kəndində 2, Şırnakın mərkəz mahalı Cevizdüzü kəndində 3, İdil rayonunun Mağaraköydə 4, Bingölün Yedisu rayonunun Akımlı kəndində 4 nəfər yaşayır.