Harri Keyndən Bekhemlə bağlı ETİRAF

 Harri Keyndən Bekhemlə bağlı ETİRAF

"Bayern" (Münhen) klubunun futbolçusu Harri Keyn etiraf edib ki, vaxtilə "Mançester Yunayted" və "Real Madrid"in əfsanəvi futbolçusu Devid Bekhemdən nümunə götürüb.

Asayis.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazır.

"Devid Bekhem kimi oyunçulara heyran idim. İndi mən də eyni vəziyyətdəyəm. Mənə heyran olan çoxlu gənc oğlan və qızlar var. Onlar mənim nə etdiyimi təkcə meydanda deyil, meydandan kənarda da görürlər. Mən uşaq olanda Bekhemin dediyi hər şeyi etmişəm", - futbolçu deyib.

Xatırladaq ki, Keyn ötən yay 105 milyon avroya "Tottenhem"dən "Bayern"ə transfer olub. Bu mövsüm forvard münhenlilərin heyətində bütün turnirlərdə 27 oyun keçirib, 28 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

"Transfermarkt" portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

17:30 - 9 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin