Tokayev hökumətin istefa səbəbini  AÇIQLADI

 Tokayev hökumətin istefa səbəbini  AÇIQLADI

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasından danışıb. Asayis.Az "Kazinform"a istinadən xəbər verir ki, Tokayev bunu "yeni təkanlarla" izah edib.

"Ümumiyyətlə, hesab edirəm ki, Hökumətin fəaliyyətinə yeni təkan vermək lazımdır və ictimaiyyət də bunu gözləyir. Bu səbəbdən mən Əlixan Smailovun istefasını qəbul etdim”, - Kasım-Jomart Tokayev parlamentin plenar iclasında deyib.

Qeyd edək ki, Qazaxıstan PA-nın rəhbəri də daxil olmaqla, baş nazirliyə bir neçə nəfərin namizədliyi təsdiqlənib.

17:00 - 6 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin