ABŞ-dan husilərə qarşı növbəti hava HÜCUMU

 ABŞ-dan husilərə qarşı növbəti hava HÜCUMU
İranın dəstəklədiyi husilərə ABŞ və Böyük Britaniya tərəfindən daha bir hava hücumu edilib. Asayis.Az xəbər verir ki, bu barədə Husilərə bağlı “SABA” agentliyi məlumat yayıb. 
Məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Sədanın şərqinə 3 hava zərbəsi endirib. Yəmənin şimal-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda husilərin “qalası” kimi tanınır. 

ABŞ Mərkəzi Komandanlığından verilən açıqlamada da, husilərin nəzarətində olan ərazilərə hücumun təşkil edildiyi açıqlanıb.

15:45 - 6 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin