Sevda Ələkbərzadənin Türkiyə konserti baş tutdu - VİDEO

 Sevda Ələkbərzadənin Türkiyə konserti baş tutdu - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadənin Türkiyədəki konserti baş tutub.

Müğənninin tədbiri yanvarın 24-də Zorlu İfa Sənətləri Mərkəzində keçirilib. S.Ələkbərzadə səhnəni Türkiyənin məşhur caz ifaçısı, saksofonçu Anıl Şallıel ilə bölüşüb. Sevda bildirib ki, konsert üçün Şallıeldən dəvət alıb.

Gecənin aparıcılığını Xədicə Sənanqızı edib.

Qeyd edək ki, Zorlu İfa Sənətləri Mərkəzi hazırda Türkiyənin ən böyük xüsusi səhnə sənətləri teatr və konsert salonudur.

"Excited" albomu 2023-cü ilin yazında “Sony Music Turkey” musiqi leyblində işıq üzü görüb.

 

VİDEO

18:00 - 27 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin