Ceyhun Bayramov: "İrandakı səfirliyə edilən terror Azərbaycan üçün böyük zərbə idi

 Ceyhun Bayramov:

Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi.

Bu gün 27 yanvar tarixində bir il öncə səfirliyimizə Tehran şəhərində terror aktı törədilmişdi.

Asayis.az  report-a istinadən xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Bu gün şəhidimiz Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdi.

Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi. Ən kəskin şəkildə bu akt pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi.

16:30 - 27 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin