Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur - FOTO

 Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur - FOTO

Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva Cəbrayılın Horovlu kəndində kəhrizlərin bərpa olunduğunu bildirib.

Asayis.az xəbər verir ki, o, bunu Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

N.Qaracayeva qeyd edib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa-tikinti işləri başlayıb:

“İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa edilir, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər isə yaxın aylarda tamamlanacaq”.
İşçi qrupun üzvü vurğulayıb ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Horovlu kəndində əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək:

 

 

“Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır”.

15:30 - 26 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin