İtaliyada tapılmış və Anadoluda hazırlandığı müəyyən edilmiş 10 mədəni sərvət geri göndərilməsi üçün Türkiyənin Romadakı səfirliyinə təhvil verilib.
Asayis.az xəbər verir ki, bununla bağlı səfirlikdə baş tutmuş tədbirdə türkiyəli və italiyalı rəsmilər iştirak ediblər.
Bildirilib ki, eramızdan əvvəl dəmir dövrünə qədər Anadoluda hazırlanmış 10 qədim eksponat Türkiyənin Romadakı səfiri Ömər Gücükə təhvil verilib.
Səfir isə əsərlərə aid olduqları torpaqlarda ən yaxşı şəkildə baxılacağını bildirərək İtaliya hökumətinə təşəkkür edib.