Göyçayda qanunsuz kömür quyuları aşkarlanıb

 Göyçayda qanunsuz kömür quyuları aşkarlanıb

Göyçayda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Potu kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Asayis.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini V.Abdullayev olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

10:30 - 24 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin