Şirvan Milli Parkında qara gözəllik qatan ceyranlar - VİDEO

 Şirvan Milli Parkında qara gözəllik qatan ceyranlar - VİDEO

“Ceyranlar təbiətimizin ürkək gözəli, canlı inciləri, Muğanın bəzəyi, qarlı düzənliyin isə nurudur!”

Asayis.az  xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz feysbuk profilində qarlı havada Şirvan Milli Parkından ceyranların videosunu paylaşaraq yazıb.

"Ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır: “2023-cü ilin payız mövsümündə aparılan son sayğı prosesində ölkə üzrə 7889, Şirvan Milli Parkında isə 6732 baş ceyran qeydə alınıb”, - deyə o bildirib.

 

VİDEO

10:00 - 25 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin