Türkiyədə ƏMƏLİYYAT: Şarj cihazından kokain tapıldı

 Türkiyədə ƏMƏLİYYAT: Şarj cihazından kokain tapıldı

Türkiyənin İzmir şəhərində narkotik satıcının motosikletindəki şarj cihazından kokain tapılıb.

Asayis.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Karşıyaka rayonunda baş verib.

Məlumata görə, polislər E.T adlı şəxsi texniki və fiziki olaraq təqib ediblər.

Şübhəlinin narkotik maddə satdığını təyin edən qruplar araşdırmalardan sonra E.T.-nin motosikletlə rayona gəldiyini müəyyən ediblər.

O, narkotik satışı üçün başqa bir şəxslə görüşərkən cinayət başında yaxalanıb.

E.T.-nin motosikletinə baxış zamanı onun üzərindən mobil telefon üçün şarj cihazı aşkar edilib.

Şarj cihazına baxış zamanı satışa hazır 10 bağlama kokain aşkar edilib.

Bundan başqa, onun ünvanından 3 ədəd sənədsiz silah, 14 ədəd patron götürülüb.

 

15:15 - 23 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin