Sivasda dəhşətli qəza - 26 nəfər yaralanıb - FOTO

 Sivasda dəhşətli qəza - 26 nəfər yaralanıb - FOTO

Türkiyədə, Sivasın Zara rayonunda sərnişin mikroavtobusu ilə avtomobilin toqquşması nəticəsində 26 nəfər xəsarət alıb.

Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə sağlamlıq, jandarma, xilasetmə və AFAD nümayəndələri sövq edilib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 26 nəfər təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Hazırda ərazidə qar yağışı müşahidə edildiyindən yollar buz bağlayıb.

15:00 - 22 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin