Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.
Bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.
"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.
O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.
Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.(report)