Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur - Qəzetlərin siyahısı

 Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur - Qəzetlərin siyahısı

Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən qəzet və jurnallara abunə yazılışı xidmətlərinin satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinə (Kotirovka sorğusu) yekun vurulub.

Asayis.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsinin qalibi “Ziya LTD” MMC (VÖEN – 1300308651) olub.

ATU 41 adda qəzet və jurnal üçün qalib şirkətə 14 min 657 manat 44 qəpik ödəyəcək.

Qeyd edək ki, ATU-nun abunə yazılacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur.

Universitetin satın almaq istədiyi nəşrlərin 14-ü Azərbaycan  dilində, 27-si isə rus dilində nəşr olunur. Rus dilində nəşr olunan qəzet və jurnalların isə böyük əksəriyyəti Rusiya KİV-ləridir.





 

12:30 - 20 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin