Bakının Xətai rayonunda üç nəfər liftdə köməksiz vəziyyətdə qalıb - VİDEO

 Bakının Xətai rayonunda üç nəfər liftdə köməksiz vəziyyətdə qalıb - VİDEO

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Asayis.az xəbər verir ki, Əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

BAKU.WS

VİDEO

14:30 - 19 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin