Sumqayıtda qadın mağazadan qızıl üzük oğurladı

 Sumqayıtda qadın mağazadan qızıl üzük oğurladı

Sumqayıtda qızıl mağazası qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 10-cu mikrorayon ərazisində yerləşən qızıl mağazalarının birindən 420 manat dəyərində qızıl üzük oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

18:00 - 18 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin