Dörd yaşlı qız Everesti fəth etdi

 Dörd yaşlı qız Everesti fəth etdi

Əslən Çexiyadan olan Zara adlı qız Everesti fəth edib və dünya rekordu vurub.

Asayis.az xəbər verir ki, bu barədə “BNN Breaking” məlumat yayıb.

Məlumata görə, dörd yaşlı Zara Everestdə 5,3 kilometr hündürlüyə qalxmağı bacaran ən gənc insan olub. Qız Everestə atası David Şifra və yeddi yaşlı qardaşı Saşanın müşayiəti ilə qalxıb.
“Yürüşdə heç bir problem olmadı. İqlimə uyğunlaşma da ən yüksək səviyyədə idi. Balaca Zara çox yaxşı fiziki forması sayəsində hətta yürüşdə yüzlərlə digər iştirakçının demək olar ki, hamısını arxada qoydu”, - David Şifra bildirib.

Zara Malayziya kəndlərində böyüyüb. Uşaqlıqdan valideynləri onun bədənini temperatur dəyişikliyinə alışdırıblar. Belə ki, qız kiçik yaşlarından buzlu suda üzüb, həmçinin, hər gün 5-10 kilometr məsafə qət edib. 2023-cü ildə isə o, cəngəllikdə 2,2 min kilometr yol gedib. Qeyri-ənənəvi tərbiyə üsulları sayəsində o, həm dözümlülük, həm də sağlamlıq qazanıb.

Qeyd edək ki, Everest Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksəkdə olan dağdır. Mütləq hündürlüyü 8848 metrə çatır.

10:00 - 17 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin