Azərbaycanda polis yol qəzasında həlak olub

 Azərbaycanda polis yol qəzasında həlak olub

Polis yol qəzasında həlak oldu.

Asayis.az Trend-ə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu “Volkswagen Touareg” markalı, “90-GD-390” dövlət qeydiyyat nömrəli avtomobillə Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda qəza edib.

Beləki, onun idarə etdiyi avtomobil dəmir arakəsmələrə dəyib, nəticədə D.Məmmədov hadisə yerində ölüb.

Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, D.Məmmədov Sabirabad RPŞ-nin əməkdaşı olub.

15:15 - 16 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin