"İnanıram ki, Allah mənə övlad qismət edəcək"

"Heç vaxt pis insan ola bilmərəm. Hər zaman çalışmışam hamıya yaxşılıq edim. İlk işim ofisiant köməkçisi olub. Bir günə qaldım, qab daşıyırdım. Hər yerim ağrıyırdı. Bir şirvan qazandım və gətirib anama verdim ki, oğlun pul qazanıb".

Asayis.Az xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov "Qapqara" yutub layihəsində deyib. Sənətçi övlad arzusundan danışıb:

"Çox şey gözləyirəm həyatdan. O hədiyyəni Allah mənə verəcək. Allah mənə övlad qismət etsin, edəcək. Mən ideal ata olacağam. Qızım da, oğlum da olsa, mən yaxşı ata olacağam. Allahımdan çox razıyam ki, mənə hər şey verib: yaxşı oğul, ailə başçısı, dostam. Yaxşı da ata olacağam". 

10:00 - 13 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin