Gənc oğlanın nişanı qaytarıldı, tövlədə qızla... — Azərbaycanda şok olay

 Gənc oğlanın nişanı qaytarıldı, tövlədə qızla... — Azərbaycanda şok olay

ğsu rayonunda 1999-cu il təvəllüdlü Nəciməddin yetkinlik yaşına çatmayan tanışı Leyla (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub. 

Asayis.az-ın əldə etdiyi məlumata görə, Nəciməddin on altı yaşına çatmamış Leylanın dəvəti ilə 3 avqust 2022-ci ildə, gecə saat 00.00-da onun yaşadığı evin həyətyanı sahəsinə gəlib. O, həyətyanı sahədə yerləşən tövlənin içərisində qarşılıqlı razılıq əsasında Leyla ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olub. 

Daha sonra Nəciməddin həmin ilin avqustun 12-dən etibarən Leylanı könüllü olaraq evlənmək məqsədilə yaşadığı evə gətirib. O, həmin evdə Leyla ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olub. 

Nəciməddinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəciməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ağsu şəhərində ailə üzvlərilə birlikdə yaşayır: “Zərərçəkmiş Leyla arvadımdır. Leylanın 16 yaşı var. Uzun müddətdir ki, bir-birimizi sevirik. 2020-ci ilin yanvarında Leyla ilə nişanlandıq. Lakin daha sonra Leylanın ailəsi ilə aramızda problem yarandığı üçün 2022-ci ilin fevralında nişanı geri qaytardım. Bir müddət Leyla ilə əlaqəm kəsildi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin iyulun sonlarında Leyla ona “Vatsap” proqramı vasitəsilə mesaj yazıb: “Leyla başqa biri ilə nişanlandığını, lakin həmin şəxsi sevmədiyini və mənimlə ailə həyatı qurmaq istədiyini bildirdi. Mən də Leyla ilə evlənmək istədiyimi dedim. Leyla ilə bir neçə gün ərzində yazışdım. Leyla ilə görüş təyin etdik. Avqustun 3-də, gecə saat 12 radələrində Leylanın yaşadığı evin açıq vəziyyətdə olan giriş qapısından həyətə daxil oldum. Həmin vaxt Leyla məni yaşadığı evin arxa tərəfində hasarın kənarında gözləyirdi. Leyla ilə orada görüşdük, bir neçə dəqiqə söhbət etdik. Görüş zamanı Leyla mənimlə cinsi əlaqədə olmaq və bakirəliyinin tərəfimdən pozulmasına nail olmaq istədiyini bildirdi. Belə olan halda başqa biri Leyla ilə evlənə bilməyəcəkdi. Bundan sonra biz razılaşdıq, evin həyətindəki tövləyə getdik. Leylanın razılığı ilə on dəqiqə ərzində təbii yolla cinsi əlaqədə olduq. Bu vaxt Leyladan qan gəldi. Mənə məlum oldu ki, Leylanın bakirəliyini pozmuşam. Həmin vaxt Leylanın 16 yaşı tamam olmayıb. Daha sonra Leyla ilə bir neçə dəqiqə ərzində söhbət etdik. Bir neçə dəqiqə sonra da evin həyətinə daxil olduğum yerdən çıxaraq getdim”.

Nəciməddinin sözlərinə görə, avqustun 6-da mesajlaşan zaman Leyla onu sevdiyini bildirib, onunla qoşularaq qaçmaq istədiyini deyib: “Mən də Leylanı sevdiyim üçün razılaşdım. Avqustun 7-də, saat 22 radələrində taksi sifariş edərək Leylanın yaşadığı evin yaxınlığına çağırdım. Həmin tarixdə saat təxminən 22.30-da Leyla mənim olduğum yerə gəldi. Bundan sonra Leyla lə birlikdə taksiyə əyləşdik, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özümə məxsus evə getdik. Biz həmin evə çatanda gecə  saat təxminən 2 radələri idi. Leyla ilə həmin gecə təbii yolla cinsi əlaqədə olduq. Leyla ilə bir neçə gün ərzində Bakı şəhərində yaşadıq. Daha sonra bizə məlum oldu ki, Əsəd nəvəsi Leylanın yaşadığı evdən qaçırılması barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat verib. Bundan sonra izahatımın alınması üçün Ağsu Rayon Polis Şöbəsinə dəvət edildim. Avqustun 12-də Leyla ilə birlikdə Ağsu şəhərinə gəldik. Həmin gündən etibarən yaşadığım Ağsu şəhərindəli evdə Leyla ilə birlikdə yaşadım. Oktyabrın 25-də el adəti ilə yaşadığım evdə toyu oldu”.

Bu cinayət işinə Ağsua Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəciməddinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 9 ay sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.

Fariz Məlikli
Demokrat.az

14:15 - 12 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin