Sərnişin avtobusu “Mercedes”lə toqquşub yoldan çıxdı - VİDEO

 Sərnişin avtobusu “Mercedes”lə toqquşub yoldan çıxdı - VİDEO

Bakının Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Yolda hərəkətdə olan 60 saylı “Daewoo” markalı avtobus “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub və maneəyə çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, yolda avtomobillərin hərəkəti çətinləşib.

Qəza zamanı xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

10:45 - 10 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin