Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır - YENİLƏNİB

 Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır - YENİLƏNİB

Yanğına görə Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.

Asayis.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloq Aysel Qədimova deyib.

Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən ağır olan 6 nəfərin 3-ü süni tənəffüs aparatına qoşulub.

*

Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Qeyd olunub ki, körpələrin vəziyyəti stabildir.

16:00 - 9 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin