Türkiyənin kurort zonasında silahlı insident: Ağır yaralı var

 Türkiyənin kurort zonasında silahlı insident: Ağır yaralı var

İzmirin Çeşme rayonunda gecə klubunda silahlı insident baş verib, bir nəfər yaralanıb.

Asayis.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən saat Türkiyə vaxtı ilə 04.30 radələrində Ardıç məhəlləsində yerləşən klubda baş verib.

Məlumata görə, məkana əylənməyə gələn 3 şəxslə S.E. adlı şəxs arasında naməlum səbəbdən mübahisə yaranıb.

Daha sonra mübahisə böyüyüb və şübhəlilər S.E adlı şəxsə atəş açaraq, hadisə yerindən qaçıblar.

Əraziyə polis və sağlamlıq qrupları cəlb edilib.

Yaralanan S.E. adlı şəxs xəstəxanaya aparılarkən, polisin təqibi nəticəsində 3 şübhəli saxlanılıb.

Yaralanan şəxsin vəziyyətinin ağlr olduğu bildirilir.

14:15 - 8 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin