Laçında qəzada həlak olan hərbçilərimizin adları bilindi - YENİLƏNİB

 Laçında qəzada həlak olan hərbçilərimizin adları bilindi - YENİLƏNİB

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

***17:22

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.//oxu.az

18:00 - 4 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin