2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.

Asayis.az report-a istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində İtaliyanın "İnter" klubundan "Roma"ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

İngiltərənin "Mançester Siti" komandasının və Norveç millisinin oyunçusu Erlinq Holann 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi "Portu"da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.

17:00 - 3 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin