"Şəbnəmin, Türkanın tanınması musiqimizin bədbəxtçiliyidir"

Əməkdar artist Nigar Şabanova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" verilişinə telefonla bağlanan xanəndə müğənni Şəbnəm Tovuzlu, Türkan Vəlizadəni təqndi edib. Nigar meyxanaçı Tərlan Novxanı ilə yaşadığı qalmaqaldan bəhs edib:

"İsraildə məclisdə idim. Yaxınlaşıb dedilər ki, sizin Tərlanla oxuduğunuz dueti çox bəyənirik. Bu mənə çox pis təsir etdi. Çünki bu qədər muğamlar oxuyuram, amma məni sırf meyxanaçı Tərlan Novxanıya görə tanıyırlar.

Mənim hər zaman sərt çıxışlarım başıma bəla olur. Bir müddət bu hadisələrə çox pis olurdum ki, illərlə muğam oxuyasan, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edəsən, amma səni bunlara görə deyil, meyxana janrında duet oxuduğuna görə tanısınlar. Söylədiyim o sözlərdə sənin sənətini ucuzlaşdıracaq və ya alçaldacaq cümlələr yoxdur. 

Cəmiyyət içinə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və o tərzdə oxuyan bir neçə müğənni çıxsın. Bununla yanaşı, gənc fəxri adı olan muğam ifaçıları da çıxsın. Görün, kim daha çox tanınacaq?! Bu isə bizim musiqimizin bədbəxtliyidir".

10:30 - 31 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin